www.science.az
19.11.2019 10:37

Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Gürcüstanın R.R.Dvali adına Maşın Mexanikası İnstitutu arasında elmi və texniki sahələr üzrə əməkdaşlıq və birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumun məqsədi hər iki ölkədə maşınqayırma və nəqliyyatda tədqiqat layihə işləri sahəsində elmi-tədqiqat müəssisələri və ayrı-ayrı alimlər arasında səmərəli elmi fəaliyyətə dəstək göstərməkdir. Həmçinin memorandum çərçivəsində müştərək elmi-tədqiqat işlərinin və qrant layihələrinin həyata keçirilməsi, görüş və konfransların təşkili, birgə nəşrlərin və elmi-metodiki materialların çap olunması da nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.