Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda işıq üzü görüb
20.11.2019 10:40
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda işıq üzü görüb

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın professoru Qulam Babayev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və italiyalı professor Luçiano Teleskanın həmmüəllifi olduğu məqalə “Pure and Applied Geophysics” (PAGE) jurnalında dərc edilib.

“Azərbaycanın şimal-şərq hissəsinin gərginlik sahəsinin modeli” adlı məqalədə Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin inteqrə modelinin qurulmasına imkan yaradan, zəlzələlərin ocaq mexanizmlərinin kataklastik təhlilinə və CASMO (“Dünya Gərginlik Xəritəsi”) proqramına əsaslanan kombinasiya edilmiş üsul təklif olunub. Bu üsul digər regionların öyrənilməsi üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, son illərdə Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin geniş şəkildə öyrənilməsi istiqamətində fundamental tədqiqatların böyük elmi və praktiki əhəmiyyəti dünya alimlərinin diqqətini cəlb etməkdədir. Bu məqsədlə beynəlxalq miqyasda mövcud müasir yanaşmaların ərazi üçün modifikasiya olunub, metodlarının işlənilməsi və tətbiqi mühüm rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: