www.science.az
21.11.2019 16:05

AMEA-nın müxbir üzvü Qorxmaz İmanov İspaniyada beynəlxalq seminarda iştirak edib

İspaniyanın Barselona şəhərində miqrasiya mövzusuna həsr olunan XV beynəlxalq seminar keçirilib.

İspaniyanın İqtisadi və Maliyyə Elmləri üzrə Kral Akademiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov təmsil edib.

Azərbaycanlı alim seminarda “Emiqrasiya faktorlarının qiymətləndirilməsinin qeyri-səlis modelləri” mövzusunda məruzə ilə çıxış edib və iclasın IV sessiyasında keçirilən müzakirələrin moderatoru olub. Bundan əlavə, Q.İmanova bir neçə ölkənin alimləri ilə görüşlər keçirib, gələcək tədqiqatların istiqamətlərinə dair müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.