www.science.az
21.11.2019 16:35

Polimer Materialları İnstitutunun bir qrup alimi Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə təltif edilib

Ölkə Prezidenti İlham Əliyevin “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 20 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən, AMEA Polimer Materialları İnstitutunun bir qrup alimi Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə təltif ediliblər.

Belə ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və laboratoriya müdiri, professor Ağa Mustafayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, institutun direktor müavini, k.ü.e.d. Kazım Quliyev isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.