Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22.11.2019 14:51
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Qazaxıstanın paytaxtı Nur-Sultanda “Avrasiya tarixi irsi: tarixin hüdudları – köklərdən müasirliyə” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.

Qazaxıstan, Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Ukrayna, Gürcüstan və digər ölkələrin alimlərinin iştirakı ilə keçirilən konfransda M.Qasımlı “Türk dünyası tarixçilərinin əməkdaşlığı: problemlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: