Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb
25.11.2019 14:06
  • A-
  • A
  • A+

Akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb.

REA-da baş tutan görüşdə, həmçinin Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Vətəndaş-hüquqi intizamlar kafedrasının müdiri, hüquq elmləri doktoru Rəşad Qurbanov və REA-nın Xarici əlaqələr idarəsinin rəisi Olqa Qluxovtseva da iştirak edib.

Görüşdə AMEA ilə Rusiya Elmlər Akademiyası arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən 2020-ci ildə Bakıda keçiriləcək "Avrasiya dialoqu: Xəzəryanı dövlətlərin humanitar və iqtisadi əməkdaşlığı məsələləri" adlı beynəlxalq elmi-praktik foruma hazırlıq üzrə İşçi Qrupun iclasına hazırlıq məsələləri müzakirə olunub. Bundan əlavə, iki qurum arasında elm, elmi tədqiqat və innovasiya sahəsində əməkdaşlığa dair "Yol Xəritəsi"nin imzalanması barədə danışıqlar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: