Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın əməkdaşları ölkə başçısı tərəfindən təltif olunublar
26.11.2019 10:56
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşları ölkə başçısı tərəfindən təltif olunublar

Noyabrın 25-də Prezident İlham Əliyev "Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və BDU-nun Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov “Əməkdar elm xadimi” fəxri adına layiq görülüblər. Bundan əlavə, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Knyaz Məmmədova “Əməkdar müəllim” adı verilib.

Azərbaycan Respublikasının fəxri adları alimlərə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: