www.science.az
26.11.2019 14:20

Elektrik enerjisi yaradan köynək hazırlanıb

İspaniyanın Malaqa Universitetinin tədqiqatçıları tərəfindən insan bədəni və ətraf mühit arasındakı temperatur fərqindən elektrik enerjisi əmələ gətirən köynək hazırlanıb. Bu köynək tərkibi su, pomidor qabığından alınan etanol və karbon nanozərrəciklərindən ibarət xüsusi materialdan hazırlanıb.

techcult.ru saytının məlumatına görə, hazırda italyan tədqiqatçısı Pietro Kataldinin başçılıq etdiyi bir qrup alim tekstil materiallarına quraşdırıla bilən qurğuların yaradılması ilə məşğuldur. Gələcəkdə bu texnologiya əsasında işığı əks etdirən və ya kiçik cihazları enerjiylə təchiz edə bilən köynək hazırlamaq mümkün olacaq.

Yeni elektron parçanın imkanları bununla məhdudlaşmır. Belə ki, gələcəkdə bu material biotibbdə və “elastik” robot texnikası tətbiqetmələrində də əksini tapa bilər.