Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sosial elmlər” jurnalının ilk buraxılışı işıq üzü görüb
05.12.2019 11:46
  • A-
  • A
  • A+

“Sosial elmlər” jurnalının ilk buraxılışı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının “Sosial elmlər” jurnalının ilk buraxılışı işıq üzü görüb.

Jurnalın baş redaktoru AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, baş redaktorun müavini A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, məsul katib isə Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadədir.

Dərgidə yer alan məqalələr tarix, arxeologiya və etnoqrafiya, fəlsəfə və hüquq, siyasi elmlər və resenziyalar üzrə bölmələrdə təqdim olunur. Jurnalda elmi əsərlər Azərbaycan, rus və ingilis dillərində verilir.

Qeyd edək ki, AMEA-nın “Sosial elmlər” jurnalı AMEA Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli qərarı ilə təsis olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: