Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş konfransının materialları çap olunub
11.12.2019 09:10
  • A-
  • A
  • A+

Akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş konfransının materialları çap olunub

Görkəmli dilçi alim, türkoloq və ictimai xadim, akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş respublika elmi konfransının materialları çap olunub.

Oxucular topluda “Elmlə təhsilin vəhdəti”, “Afad Qurbanov və ortaq türk dili”, “Görkəmli dilçi alim Afad Qurbanov haqqında söz”, “Dilimizin böyük dostu”, “Tanınmış dilçi alim, görkəmli ictimai xadim, alovlu vətənpərvər”, “Afad Qurbanov: Azərbaycan dilçiliyinin və türkologiyanın görkəmli nümayəndəsi” və “Afad Qurbanov türkoloji dilçilik dərsləri” sərlövhəli məqalələrlə tanış ola bilərlər.

Jurnalda,həmçinin “Afad Qurbanov və Azərbaycan onomastikası”, “Afad Qurbanov və ümumi dilçilik məsələləri”, “Afad Qurbanovun elmi və ictimai fəaliyyətində əlifba məslələri” başlıqlı məqalələr əksini tapıb.

Topluda qeyd edilib ki, dilçilik elminin görkəmli nümayəndələrindən biri, ali məktəb təşkilatçısı, bütöv və parlaq şəxsiyyət Afad Qurbanovun elmi xidmətləri yeni nəsil üçün nümunədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: