www.science.az
11.12.2019 18:00

Türkiyə, Özbəkistan və Tacikistandan olan qonaqlar Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olublar

9-10 dekabr 2019-cu il tarixlərində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Bakıda keçirilən “Ey Nəsimi, cahanı tutdu sözün...” II beynəlxalq elmi konfransının qonaqları sırasından olan türkiyəli hürufişünas, professor Fatih Usluer, Özbəkistan Elmər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Erqaş Oçilov və Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, fil.ü.f.d. Ruxşona Vasiyeva AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşdə qonaqlara bu mədəniyyət ocağının yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra gələcək əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin icra olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb. 

Sonda qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olublar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.