Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Stokholmda 2019-cu il üzrə Nobel mükafatları təqdim edilib
13.12.2019 09:09
  • A-
  • A
  • A+

Stokholmda 2019-cu il üzrə Nobel mükafatları təqdim edilib

İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Mərasimdə Nobel mükafatının on dörd laureatına İsveç kralı XVI Qustav tərəfindən fəxri diplomlar və Stokholm Filarmoniyasının qızıl medalları təqdim edilib. Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh mükafatı isə Osloda Norveç Nobel Komitəsinin sədri tərəfindən verilib.

Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı yaradılıb. 

Qeyd edək ki, hər nominasiya üzrə pul mükafatının həcmi 9 milyon kron (təxminən 944 min ABŞ dolları) təşkil edir.

www.nobelprize.org

  • Paylaş: