Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
18.12.2019 14:31
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Moskvada elmi ezamiyyətdə olub.

Məqsəd elmi müəssisədə fəaliyyət göstərən Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının Moskva Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrası ilə birgə il ərzində apardığı elmi tədqiqatların nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmək idi.

Moskva Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrasının müdiri, professor Andrey Şevelkov ilə görüşdə növbəti illərdə birgə aparılacaq tədqiqat işləri və həyata keçiriləcək elmi layihələr barəsində razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: