Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb
20.12.2019 10:10
  • A-
  • A
  • A+

“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ərəb ədəbiyyatı üzrə tədqiqatçısı Könül Eyvazovanın “XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada Azərbaycan elm tarixində qədim köklərə malik olan ərəb dilçiliyindən, onun sistemli şəkildə inkişafı məsələlərindən bəhs olunur, bu prosesin tarixi mərhələləri təhlilə cəlb edilir.

“Ərəb ədəbiyyatının Azərbaycanda yayılması və öyrənilməsi”, “Orta əsrlərdə Azərbaycanda ərəb dilçiliyi”, “Ərəb dilinə aid orta və ali məktəb dərslikləri” və digər  dilçilik mövzularını əhatə edən yeni nəşr tələbə və tədqiqatçılar üçün dəyərli mənbədir.

Monoqrafiya Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun xatirəsinə ithaf olunmuş elmi töhfədir.

Qeyd edək ki, əsər XX əsrdə ölkəmizdə ərəb dilçiliyinin tə­şək­kü­lü, onun inkişаf istiqamətlərinin müəyyən edilməsi, öyrənilməsi və bu el­­min inkişafında xidmətləri olan alimlərin yaradıcılığının araş­dı­rıl­ması sahəsində ilk təşəbbüsdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: