Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda keçirilmiş konfransın materialları nəşr olunub
20.12.2019 15:33
  • A-
  • A
  • A+

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda keçirilmiş konfransın materialları nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu ilin oktyabr ayında keçirilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda IV beynəlxalq elmi konfransın materialları çapdan çıxıb.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfransın materialları Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin ümumi redaktəsi ilə nəşrə hazırlanıb.

Topluda yerli alimlərin Nəsimi yaradıcılığına müxtəlif elmi yanaşmaları ilə bərabər, tanınmış əcnəbi tədqiqatçıların da maraqlı məqalələri dərc olunub. Almaniyalı alim, Nəsimi irsinin araşdırıcısı Maykl Reynhard Hessin “Nəsimi və hürufilik”, türkiyəli alimlərdən – Şahin Əhmədoğlunun “İmadəddin Nəsiminin Quran və insanla bağlı bəzi görüşləri”, Güldanə Gündüzözün “Hürufiliyin Anadolu təsəvvüf ənənəsi üzərindəki təsirləri” və digər müəlliflərin yazıları topluda yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: