Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hüseyn Cavidin natamam əsəri - Ərtoğrol Cavid” monoqrafiyası işıq üzü görüb
24.12.2019 13:00
  • A-
  • A
  • A+

“Hüseyn Cavidin natamam əsəri - Ərtoğrol Cavid” monoqrafiyası işıq üzü görüb

Əməkdar incəsənət xadimi, musiqişünas, dosent Nazim Quliyevin müəllifi olduğu “Hüseyn Cavidin natamam əsəri - Ərtoğrol Cavid” monoqrafiyası çapdan çıxıb.

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşr olunan kitabın redaktoru və elmi məsləhətçisi müəssisənin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

Vəsaitdə istedadlı şair, bəstəkar, dramaturq, tədqiqatçı, rəssam, folklorşünas Ərtoğrol Cavidin həyat və yaradıcılığından geniş bəhs olunur.

Nəşr cavidşünas alimlər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrant və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: