Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

25.12.2019 16:09
  • A-
  • A
  • A+

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vurulub

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vurulub

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hər il ənənəvi olaraq tələbə və şagirdlər üçün elan edilən “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vurulub.

Müsabiqənin keçirilməsində məqsəd böyük şair və dramaturq Hüseyn Cavidin irsini gənc nəsil arasında təbliğ etmək olub.

Tədbir çərçivəsində göndərilən qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk 5 şagird finala vəsiqə qazanıb. Finalçıların (Aytən Eminova - “Məzlumlar üçün”, Şərəf Xancanova “Sevinmə, gülmə quzum”, Xəzər Xanəliyev “İblis” əsərindən İblis, Kənan Şahbazov Arifin dialoqu, Abbasov Qadir “Şeyx Sənan”) canlı ifası dinlənilib və 3 nəfər qalib olub.

Qaliblər kitablarla və 2020-ci il üçün yeni çap edilmiş təqvimlə mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: