Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ümumi Tarix Elmi İstiqaməti üzrə Elmi Şuranın iclası keçirilib
26.12.2019 14:41
  • A-
  • A
  • A+

Ümumi Tarix Elmi İstiqaməti üzrə Elmi Şuranın iclası keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Ümumi Tarix Elmi İstiqaməti üzrə Elmi Şurasının iclası keçirilib.

İclası şuranın sədri, akademik Şahin Mustafayev açaraq yeni yaradılmış əlaqələndirmə şurası, onun tərkibi və qarşısında duran mühüm vəzifələr barədə məlumat verib.

Sonra "Ümumi tarix" ixtisası üzrə təqdim olunan 9 dissertasiya mövzusu (3-ü elmlər, 6-sı fəlsəfə doktoru) müzakirə edilib. 

Müzakirələr nəticəsində 8 elmi işin adında dəyişiklik edilərək təsdiqlənib. Bir dissertasiya işi isə istiqaməti düzgün seçilmədiyinə görə yenidən baxılması üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: