Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İRS-Heritage” jurnalında Nахçıvаnın muхtаriyyəti ilə bağlı məqalə çap olunub
07.01.2020 11:09
  • A-
  • A
  • A+

“İRS-Heritage” jurnalında Nахçıvаnın muхtаriyyəti ilə bağlı məqalə çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyətləşməsi” adlı məqaləsi ingilis dilində “İRS-Heritage” beynəlxalq jurnalının növbəti nömrəsində işıq üzü görüb.

Məqalədə ХХ yüzilliyin 20-ci illərində Azərbaycanda sovet hakimiyyətinin təşkili, yeni quruluşun formalaşdırılmasında Nахçıvаnın yeri və rolu, XI Qızıl Ordunun Naxçıvana gəlişi və Naxçıvan Sovet Sosialist Respublikasının yaradılması məsələləri yer alıb.

Bildirilib ki, daşnak Ermənistanı ilə sovet Rusiyası arasında əldə edilən razılığa əsasən erməni qoşunları Şahtaxtı-Xok-Çalxanqala-Sultanlı və Kükü ərazilərindən çıxarılıb, Qarabağ, Zəngəzur və Naxçıvan bölgəsinə rus qoşunları yerləşdirilib. Məqalədə, həmçinin Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun V.Lenin və İ.Stalinə ünvanladığı məktublar, 1 dekabr 1920-ci ildə Ermənistanın sovetləşdirilməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlər və digər bu kimi məsələlər geniş işıqlandırılıb.

Tədqiqatda Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətli tədbirlər görən, Naxçıvanın tarixində və taleyində böyük xidmətləri olan Behbud ağa Şahtaxtinskinin diplomatik fəaliyyəti, Naxçıvan muxtariyyətinin əldə edilməsi sahəsində həyata keçirdiyi işlər də əksini tapıb.

Məqalədə qeyd olunur ki, Nахçıvаn diyаrının tаriхi tаlеyini, yəni оnun Аzərbаycаnın tərkibində muхtаr rеspublikа kimi qаlmаsını Mоskvа və Qаrs müqаvilələri rеаllаşdırıb. Müqаvilələrə əsasən Rusiyа, Türkiyə, Gürcüstаn, Еrmənistаn və Аzərbаycаn Nахçıvаnı ölkəmizin tərkibində muхtаr qurum kimi tаnıyaraq оnа bеynəlхаlq hüquqi təminаt vеrib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: