Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun 15 illik fəaliyyətini işıqlandıran yeni nəşr
08.01.2020 12:44
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun 15 illik fəaliyyətini işıqlandıran yeni nəşr

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondu” kitabı nəşr olunub.

Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabda əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri və təbliği istiqamətində görülən işlər ətraflı şəkildə işıqlandırılıb.

Həmçinin fondda Azərbaycan, türk, fars, ərəb və rus dillərində mövcud olan tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, riyaziyyat, astronomiya, tibb, coğrafiya və digər sahələrə aid qədim əlyazma və çap kitabları üzərində aparılan tədqiqat işləri, o cümlədən elmi əməkdaşlar haqqında bioqrafik məlumatlar verilib.

Naxçıvanla bağlı bir sıra nadir sənət nümunələrini, mədəniyyətimizin və tariximizin qaranlıq səhifələrini üzə çıxarıb təbliğ edən fondun 15 illik fəaliyyəti ilə bağlı oxucularda dolğun təsəvvür yaratmaq üçün kitabın sonuna fotoşəkillər də əlavə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: