Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Kamilə Vəliyevanın 80 illik yubileyi qeyd olunub
10.01.2020 14:03
  • A-
  • A
  • A+

Professor Kamilə Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Yanvarın 10-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda bu müəssisənin Kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamilə Vəliyevanın 80 illik yubileyi qeyd olunub.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan Kamilə Vəliyevanı zəngin erudisiyaya, dərin biliyə malik təvazökar və humanist bir insan kimi xarakterizə edib. Bildirib ki, alimin tədqiqat istiqaməti mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilib. O, 1971-ci ildə namizədlik, 1997-ci ildə isə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsini alıb.

Diqqətə çatdırılıb ki, Kamilə Vəliyeva Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olub. Alim hazırda Dilçilik İnstitutunun elmi və müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərir. 

Sonra institutun Həmkarlar Təşkilatının sədri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva elmdə səmərəli fəaliyyətinə görə yubilyara qurumun Fəxri fərmanını təqdim edib.

Tədbirdə professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Kifayət İmamquliyevaTəranə ŞükürlüTeyyub QuliyevQüdsiyyə Qəmbərova və digərləri K.Vəliyevanı 80 illik yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: