Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub
10.01.2020 14:21
  • A-
  • A
  • A+

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” elmi jurnalının 2019-cu ildə ikinci nömrəsi nəşr olunub.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü” məqaləsi ilə açılır.

“Ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarət olan jurnalın beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

Qeyd edək ki, “Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru akademik İsa Həbibbəyli, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul katibi isə Həlimə Mehdiyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: