Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin erməni yalanlarından bəhs edən məqaləsi beynəlxalq jurnalda çap olunub
13.01.2020 11:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin erməni yalanlarından bəhs edən məqaləsi beynəlxalq jurnalda çap olunub

“İRS-Heritage” beynəlxalq jurnalının növbəti sayında AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Xristianlığın ilk şəhid milləti” ermənilərdirmi?” mövzusunda məqaləsi dərc olunub.

Rus dilində çap olunan məqalədə “böyük erməni tarixi”ni yaratmaq üçün “Nuhun nəvələri və varisləri”, “vəd olunmuş torpaqlar”, “yer üzünün ilk xristian etnosu və dövləti” kimi iddialar ortaya atan, tarixlərini real olaraq deyil, görmək istədikləri kimi dəyişdirməyə çalışan erməni yalanlarından bəhs edilir.

Qeyd olunur ki, erməni iddialardan biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır ki, bu da 1915-ci il hadisələrini müsəlman-xristian toqquşması kimi bütün dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə tanıtmaqdır. Məqalədə bildirilir ki, ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında ərazi iddiaları və “dənizdən-dənizə böyük Ermənistan” dövləti yatır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: