Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı nəşr olunub
13.01.2020 15:39
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb.

Jurnalın baş redaktoru Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor Vidadi Muradovdur.       

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar və elmi məqalələr yer alıb.

Jurnalın bu sayında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Nəsimi sənətinin qüdrəti”, prof. Vidadi Muradovun “Cimi və cimililər”, prof. Səhər Orucovanın “Türk xalqlarında Novruz bayramı adətləri”, t.ü.f.d. Pərvin Gözəlovun “Xanlıqlar dövrünə aid bayraqlarda atəşpərəstlik elementləri”, t.ü.f.d. Gülzadə Abdulovanın “Milli geyimlərdə, aksesuarlarda xalça elementləri və onların semantikası”, fil.ü.f.d. Çinarə Rzayevanın “Azərbaycan və özbək folklorunda ortaq atalar sözlərinə müqayisəli baxış”, t.ü.f.d. Səbuhi Əhmədovun “Polşa muzeylərində orta əsr Azərbaycan silahları”, p.ü.f.d. Azər Cəlilov və Eldar Mehdiyevin “Atabəy-Eldənizlər dövlətinin hərbi sistemi” və digər məqalələr əksini tapıb.

Jurnalın elektron variantı ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: