Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İmadəddin Nəsimi dili və üslubu” adlı monoqrafiya nəşr olunub
13.01.2020 15:30
  • A-
  • A
  • A+

“İmadəddin Nəsimi dili və üslubu” adlı monoqrafiya nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “İmadəddin Nəsimi dili və üslubu” monoqrafiyası çap olunub.

Əsərdə mənbə kimi Nəsiminin türk “Divan”ının materiallarından istifadə edilib. Akademik Nizami Cəfərov və professor Nizami Xudiyevin redaktorluğu ilə çap olunan kitab klassik Azərbaycan ədəbiyyatına maraq göstərənlər, filoloq-tələbələr, Azərbaycan ədəbi dilinin tarixini araşdıran mütəxəssislər, ali və orta məktəb müəllimləri üçün ilk elmi mənbə kimi faydalı ola bilər.

Kitabın müəllifləri professor Sevil Mehdiyeva, fil.ü.f.d. Türkan Əskərova və Şahnazxanım Şükürzadədir.

Monoqrafiyada qeyd olunur ki, Nəsimi bütün fəlsəfi fikirlərini doğma ana dilində yazaraq, Azərbaycan dili sözlərinə ədəbi dil səlahiyyəti verib, onu xəlqi söz və ifadələrlə zənginləşdirmək missiyasını uğurla yerinə yetirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: