www.science.az
15.01.2020 12:33

“Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin yeni tərkibi təsdiqlənib

AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiq edilib. Ötən müddət ərzində AMEA Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin baş verməsi redaksiya heyətinin tərkibinin də yenilənməsinə zərurət yaradıb.

Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin vəsatətinə əsasən, nəşrin III cildinin hazırlanması, bu işin icrasında Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə düşən elmi-təşkilati, texniki və s. məsələlərin vaxtında və səmərəli həll edilməsi məqsədilə kitabın AMEA üzrə redaksiya heyətinin yeni tərkibi təsdiq edilib.

Qeyd edək ki, yenilənmiş redaksiya heyəti tərəfindən “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşri üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.