www.science.az
17.01.2020 11:51

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sərgi təşkil olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 13 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən sərgi təşkil edilib.

Sərgidə “Azərbaycan terrorizmin caynağında”, “Vətən yanğısı”, “Şəhid idmançılar”, “Qara yanvar şəhidləri”, “Azərbaycan Dövlət Neft Akademiyasının Yanvar şəhidləri”, “Dünyamızın 20 Yanvar faciəsi”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər”, “Vətən ağrısı, torpaq yanğısı”, “Şəhidlər dastanı”, o cümlədən AMEA-nın nəşri olan “20 Yanvar şəhidləri” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgidə yer alan kitablar MEK-in Milli Rəqəmsal Yaddaş Bazasında da yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.