Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub
21.01.2020 15:45
  • A-
  • A
  • A+

Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub

Türkiyənin tanınmış bioloq alimi, Hacettepe Universitetinin professoru Əli Dəmirsoy AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonağa Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri və nümayəndələri haqqında ətraflı məlumat verilib. 

Professor Ə.Dəmirsoy isə öz növbəsində muzeyin türk irqinin tarixinin işıqlandırılması baxımından əhəmiyyətini qeyd edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: