Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli alimlər Genetik Ehtiyatlar İnstitutunda olublar
23.01.2020 09:37
  • A-
  • A
  • A+

Türkiyəli alimlər Genetik Ehtiyatlar İnstitutunda olublar

Türkiyənin Uludağ Universitetinin Aqronomluq fakültəsinin əməkdaşları, prof. Əhməd İpək və Dr. Sevin Teoman Duran AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda olublar.

Müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə qonaqlara institutda aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib.

Qonaqlar isə öz növbəsində müasir seleksiya metodlarının tətbiqi ilə tərəvəz bitkilərində yeni sort və hibridlərin toxumlarını əldə etdiklərini söyləyiblər.

Bundan əlavə, iki tərəf arasında birgə tədqiqatların aparılması imkanları müzakirə olunub.

Daha sonra türkiyəli alimlər müəssisənin laboratoriyalarına baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: