Yanvarın 29-da saat 11:00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitablarının təqdimetmə mərasimi keçiriləcək.
Tədbir Tarix İnstitutu, Azərbaycan Milli Kitabxanası və AR Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Mərasim çərçivəsində Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsinin imzalanması da nəzərdə tutulur.
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi, 57.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.