www.science.az
29.01.2020 14:13

Azərbaycanın kimyaçı alimlərinin məqaləsi ən çox istinad olunan elmi əsərlər sırasına daxil edilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, institutun laboratoriya müdiri, k.ü.e.d., dos. Əfsun Sucayev və aparıcı elmi işçi, k.ü.f.d., dos. Oruc Nəbiyevin “Biokimyəvi və molekulyar toksikologiya” jurnalında türk həmkarları ilə birgə dərc etdirdikləri məqalə 2018-2019-cu illərdə yayımlanan məqalələr arasında ən çox istinad olunan elmi əsərlər sırasına daxil edilib.

Bu barədə “Wiley” nəşriyyatı məlumat verib. Məlumatda qeyd olunub ki, məqalə “Biokimyəvi və molekulyar toksikologiya” jurnalının elmmetrik göstəricilərinin artırılmasına, impakt faktorunun yüksəlməsinə həlledici təsir göstərib.

Xatırladaq ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının bu jurnalda indiyədək 10 məqaləsi dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.