Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və TÜBİTAK-ın layihə müsabiqəsi davam edir
30.01.2020 09:20
  • A-
  • A
  • A+

AMEA və TÜBİTAK-ın layihə müsabiqəsi davam edir

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi davam edir.

Müsabiqə 6 mart 2020-ci il tarixinədək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Ətraflı məlumat və ərizə formalarını bei.science.gov.az veb səhifəsindən əldə etmək olar.

Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.

Tel.: (+994 12) 492 34 46

E-mail: esmira.alirzayeva@science.az

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: