Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

30.01.2020 14:55
  • A-
  • A
  • A+

Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri Mərkəzi Elmi Kitabxanada mühafizə olunan sənədlərlə tanış olublar

Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri Mərkəzi Elmi Kitabxanada mühafizə olunan sənədlərlə tanış olublar

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin və mətbuat katibi Alina Zolotareva AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-də görkəmli rus yazıçısı A.P.Çexovun 160 illiyi münasibətilə təşkil edilmiş sərgi ilə yaxından tanış olan səfirlik nümayəndələrinə burada nümayiş olunan kitablar barədə məlumat verilib. Bildirilib ki, sərgidə yazıçının müəllifi olduğu və haqqında yazılan, həmçinin Azərbaycan dilinə tərcümə olunan 400-dən çox əsər nümayiş etdirilir. Bu əsərlər arasında ən qədimi 1912-ci ildə çap olunmuş “Çexovun məktubları”dır.

Daha sonra qonaqlar MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondu, o cümlədən Rus ədəbiyyatı, Qəzet və Nadir kitab fondlarını və oxu zallarını ziyarət edərək, kitabxanada mühafizə olunan sənədlərlə tanış olublar.

Sonda cənab İqor Yeronin Diplomatik fonda səfirlik tərəfindən nəşr olunan “Rusiya” jurnalının 1-ci sayını hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: