Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyada kosmik tullantıların toplanması üçün aparat patentləşdirilib
31.01.2020 12:03
  • A-
  • A
  • A+

Rusiyada kosmik tullantıların toplanması üçün aparat patentləşdirilib

Rusiyalı mühəndislər Yer orbitindəki tullantıları toplayan və yenidən emal edərək yanacaq əldə edən kosmik aparat üçün iki patent alıblar.

poisknews.ru saytının məlumatına görə, bu haqda patentlərin sahibi, “Rusiya kosmik sistemləri” şirkətinin əməkdaşı Mariya Barkova məlumat verib. O, qurğu üçün beynəlxalq patent almağı planlaşdırır.

Kosmik orbitdə olan əsas tullantılar istifadə müddətini tamamlamış kosmik aparatlar, zondlar və onların qırıntılarıdır. Bu predmetləri “tutmaq” üçün kosmik aparat 100 metr diametrə malik titan şəbəkədən istifadə edəcək. Şəbəkə bir dəfəyə təxminən 0,5 ton metal “tutmaq” və xırdalamaq, sonra isə Sabate kimyəvi reaksiyasının (yüksək temperatur və təzyiq zamanı karbon dioksid ilə hidrogenin reaksiyası) köməyi ilə metan və su əldə etmək imkanına malikdir. Su yeni dövrlər zamanı oksigen və hidrogenə parçalanma üçün lazımdır, metanın isə yanacaq kimi istifadəsi planlaşdırılır. Reaksiya 6-8 saata qədər davam edir.

  • Paylaş: