Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub
31.01.2020 14:20
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin müəssisənin şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları məqalə “International Journal of Oil, Gas and Coal Technology” jurnalında dərc olunub.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi” qrant layihəsi çərçivəsində aparılmış işlər əsasında yazılıb.

Məqalədə Big Data texnologiyalarının istismar risklərinin azaldılması, xam neftin qiymətinin proqnozlaşdırılması, neft quyularının optimal idarə edilməsi, ekoloji problemlərin aradan qaldırılması və s. məsələlərin həllində tətbiq imkanları araşdırılıb. Həmçinin Big Data analitikası üçün məlumat mənbəyi olan geyinilə bilən sensorlar haqqında məlumat verilib, Big Data analitikası üsullarının təsnifatı aparılıb. Neft-qaz sənayesində quyuların və anbarların optimal idarə edilməsi, geoloji kəşfiyyatın aparılması, sağlamlıq, təhlükəsizlik və ətraf mühit və s. sektorların fəaliyyətini Big Data texnologiyalarının tətbiqi ilə analiz etməyə imkan verən bir sıra tədqiqat istiqamətləri müəyyən edilib.

Qeyd edək ki, “International Journal of Oil, Gas and Coal Technology” jurnalı “Science Citation Index Expanded” (Clarivate Analytics), “Scopus” (Elsevier), “Compendex” (Elsevier), “Academic OneFile” (Gale) və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: