Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
29.09.2014 00:00
  • A-
  • A
  • A+

“Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bu il dekabrın 18-19-da Bakı şəhərində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın elmi-ictimai fəaliyyətinə həsr olunmuş “Çağımızdan görünən orta əsrlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans “Rüstəmova Azadə və klassik Azərbaycan ədəbiyyatı məsələləri”, “Klassik ənənə və müasirlik”, “Klassik şeirin poetikası” və “Nizami və Şərq ədəbiyyatı” mövzularını əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezis və məqalələrini 25 oktyabr 2014-cü il tarixinədək r.azade2005@gmail.com elektron ünvanına və ya AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə 2 nüsxədə (elektron və kağız variantında) təqdim edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: