Tanınmış ədəbiyyatşünas alim, publisist və tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayevin “T.Mustafayinin “Ədəbiyyat söhbəti” adlı ədəbi-tarixi essesi kitab şəklində çap olunub.
Kitab müəllifin dilindən “60 yaşıma 25 il öncədən T.Mustafayinin “Ədəbiyyat söhbəti” ilə gəldim” epiqrafı ilə başlayır. Sözügedən ədəbi-tarixi esseni tənqidçi 1995-1997-ci illərdə qələmə alıb.
Əsərdə “Ön söz” əvəzi “T.Mustafayinin ədəbi proses divanı” adlı məqalə təqdim olunub.
Azərbaycan ədəbiyyatının dünəni və bugününə orijinal baxış sərgiləyən “100+1” yazıdan ibarət kitab filoloq və ədəbiyyatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.