Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeyin zəngin ekspozisiyası şagirdlərin ədəbiyyat dərslərinin tədrisinə marağını artırır
05.02.2020 17:27
  • A-
  • A
  • A+

Muzeyin zəngin ekspozisiyası şagirdlərin ədəbiyyat dərslərinin tədrisinə marağını artırır

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı regionda fəaliyyət göstərən mədəni-maarif, təhsil müəssisələri ilə əlaqələrini genişləndirir.

Yeni tədris ili başlanan gündən şəhər məktəblərinin, eləcə də ucqar kənd məktəblərinin şagirdləri muzeyə böyük maraq göstərirlər.

Muzeyə ekskursiya zamanı şagirdlər klassiklərimizin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olur, ədəbiyyatımızın görkəmli nümayəndələri və onların əsərləri barədə məlumatlandırılırlar.

Müəllim və şagirdlərin muzeyin rəy kitabında qeyd etdiklərinə görə, ədəbi-mədəni irsin toplanması, tədqiqi və nümayişi istiqamətində fəaliyyət göstərən muzey şagirdlərin yaddaşında dərin iz buraxır, ədəbiyyat dərslərinin tədrisinə onların marağını artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: