Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan simpoziumun materialları çapdan çıxıb
07.02.2020 12:38
  • A-
  • A
  • A+

Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan simpoziumun materialları çapdan çıxıb

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq simpoziumun materialları işıq üzü görüb.

Topluda Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovun “Erməni yazıçısı Aleksandr Şirvanzadə Ə.Ağaoğlunun Bakıda 1905-ci il fevral qırğını ərəfəsində fəaliyyəti haqqında”, müəssisənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimovun “Teymur bəy Bayraməlibəyovun məqalələrində qadın təhsili mövzusu” və qurumun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Əhməd bəy Ağaoğlu: dini islahatçılıq nümunəsi” adlı məruzələri də çap olunub.

Qeyd edək ki, 2-3 oktyabr 2019-cu il tarixlərində keçirilən simpoziumun materiallarında Azərbaycan, Türkiyə, Rusiya, İran və Hollandiya alimlərinin 30-dan artıq elmi məruzəsi yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: