Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib
10.02.2020 11:17
  • A-
  • A
  • A+

“Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, müəssisənin Elmi şurasının üzvləri və gənc alimlər, eləcə də Avropa liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə və müəllim heyəti iştirak ediblər.

Tədbirdə akademik Rasim Əliquliyev AMEA-nın əsas prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu, bu məqsədlə gənclər arasında müxtəlif olimpiadaların, elmi və texnoloji layihələrin keçirildiyini bildirib. O, liseyin şagirdlərinin elmə marağının artırılması üçün interaktiv yarışların təşkilinin böyük səmərə verəcəyini söyləyib, institut əməkdaşlarının İKT sahəsində bilik və bacarıqlarını məktəblilərlə bölüşməyə hazır olduqlarını vurğulayıb.

Daha sonra şagirdlər 11-13 fevral 2020-ci il tarixlərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək müsabiqəyə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələri təqdim ediblər.

Görüşdə çıxış edən Avropa liseyinin direktor müavini Rahilə Əliyarzadə diqqətə çatdırıb ki, müsabiqəyə təqdim olunan layihələr İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının elmi rəhbərliyi və məsləhəti ilə hazırlanıb.

Sonda müsabiqədə iştirakla bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: