Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Sözün izi ilə. (Elmi məqalələr toplusu)" adlı kitab işıq üzü görüb
10.02.2020 13:50
  • A-
  • A
  • A+

"Sözün izi ilə. (Elmi məqalələr toplusu)" adlı kitab işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin "Sözün izi ilə. (Elmi məqalələr toplusu)" kitabı çapdan çıxıb.

Nəşrdə müəllifin “Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” elmi monoqrafiyası, “Dərviş” elmi-publisistik araşdırmalar kitabı, o cümlədən “Ürəyimdən nələr keçir”, “Qərib durna”, “Ana, səndən doymadım”, “İşığa sarı”, “Hardasan, göy adamı”, “Mənim ünvanımı ürəyinə yaz”, “Bu dünya sənin yerindi”, “Slovo moyo” adlı şeir kitabları, elmi konfrans və simpoziumlardakı çıxışları və indiyədək elmi məcmuələrdə çap olunmamış tədqiqat xarakterli yazıları əksini tapıb.

Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş kitabın elmi redaktoru, filologiya üzrə elmlər doktoru Mətanət Abbasovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: