Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

”Vulkanizm, filizəmələgəlmə və geodinamika” adlı kitab nəşr olunub
10.02.2020 15:14
  • A-
  • A
  • A+

”Vulkanizm, filizəmələgəlmə və geodinamika” adlı kitab nəşr olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Petrologiya və metallogeniya seksiyasının aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Zəki Vəliyevin ”Vulkanizm, filizəmələgəlmə və geodinamika” kitabı çapdan çıxıb.

Kitabda vulkanik proseslərlə əlaqədar filizəmələgəlmə problemləri və geodinamik inkişaf meylləri nəzərdən keçirilir, müasir vulkanizmin təzahüretmə formaları, maqmatogen yataqların tipləri haqqında məlumat verilir. Bundan başqa, vulkanogen yataqlar, onların geoloji strukturu, fiziki-kimyəvi xüsusiyyətləri, filizəmələgəlmədə metasomatozun rolu dəqiq araşdırılır.

Akademik Vasif Babazadənin elmi redaktorluğu ilə hazırlanan yeni nəşr “Geologiya” ixtisası üzrə təhsil alan ali məktəb tələbələri və gənc mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: