Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2020 16:06
  • A-
  • A
  • A+

Gender məsələləri üzrə təlim kursu keçirilib

Gender məsələləri üzrə təlim kursu keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən gender bərabərliyi üzrə təlim kursu keçirilib.

Təlim çərçivəsində gender bərabərliyinin əsas prinsip və araşdırma metodları, qadın hüquqlarının müdafiəsi, gender siyasəti, gender auditi, bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzularda çıxışlar dinlənilib.

Müxtəlif dövlət qurumlarının gender məsələləri üzrə məsul şəxslərinin qatıldığı tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevil Zülfüqarova və Fəlsəfə İnstitutunun elmi işçisi Mahrux Nəcəfli də iştirak ediblər.

AMEA əmədaşları təlimin sonuncu günü sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: