www.science.az
13.02.2020 14:21

REA-nın alimləri Rusiya Dövlət Duması tərəfindən mükafatlandırılıb

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev və vitse-prezident, akademik Valeriy Bondur Rusiya elminin inkişafındakı töhfələrinə görə Dövlət Duması tərəfindən mükafatlandırılıblar.

Dumanın Nəzarət və Tənzimləmə Komitəsi sədrinin müavini Valeriy İvanov qurumun rəmzləri olan saat şəklində mükafatları alimlərə təqdim edib.

Dövlət Duması, həmçinin qiyabi olaraq REA-nın vitse-prezidenti, akademik Vladimir Çexonini və N.İ.Piroqov adına Rusiya Milli Tibbi və Araşdırma Universitetinin Nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının professoru Aleksey Boykonu mükafatlandırıb.

"Poisk" qəzeti, 13 fevral 2020-ci il