Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qazaxıstanlı doktorantlar AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçəcəklər
17.02.2020 09:13
  • A-
  • A
  • A+

Qazaxıstanlı doktorantlar AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçəcəklər

Qazaxıstan Respublikasının Qorqud Ata adına Qızıl Orda Dövlət Universiteti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna rəsmi məktub ünvanlayıb. 

Məktubda bildirilir ki, Qızıl Orda Dövlət Universitetinin üç doktorantı martın 2-dən 14-dək Torpaqşünaslıq və Aqrokimya İnstitutunda meliorasiya, torpaqların mühafizəsi və rekultivasiyası ixtisası üzrə elmi təcrübə keçəcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 23-də Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qızıl Orda Dövlət Universiteti arasında memorandum imzalanıb. Memorandumda birgə magistrant, fəlsəfə və elmlər doktorlarının hazırlanması, elmi seminarların təşkili, təcrübə mübadiləsi və s. məsələlər nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: