Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Avtomobillərin texniki istismarında ağıllı nəqliyyat sistemləri” adlı monoqrafiya işıq üzü görüb
17.02.2020 17:07
  • A-
  • A
  • A+

“Avtomobillərin texniki istismarında ağıllı nəqliyyat sistemləri” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın İşlər İdarəsinin müdiri, Yüksək Texnologiyalar Parkının direktoru, professor Elton Məmmədovun ukraynalı həmkarları ilə birgə ərsəyə gətirdiyi  “Avtomobillərin texniki istismarında ağıllı nəqliyyat sistemləri” adlı monoqrafiya işıq üzü görüb.

Kitabın rəyçiləri P.Vasilenko adına Xarkov Kənd Təsərrüfatı Milli Texniki Universitetinin professoru Anatoliy Lebedev, Xarkov Milli Avtomobil Yolları Universitetinin professoru Oleq Nikonov, elmi redaktoru isə professor Elton Məmmədovdur.

Monoqrafiyada аvtomobil nəqliyyatı sistemlərində müasir informasiya-kommunikasiya texnologiyaları analiz olunur və onların inkişaf perspektivləri araşdırılır.

Nəşrdə idarəetmə sisteminin kompleks təkmilləşdirilməsi və logistika problemlərinin telematik texniki vasitələr və IPI texnologiyaları əsasında həlli məqsədilə nəqliyyat vasitələrinin istismarı prosesində texniki məlumatların elektron avtomatik identifikasiyası və monitorinqinin nəticələri verilir. Nəqliyyat vasitələrinin texniki istismarının ağıllı nəqliyyat sistemlərinə inteqrasiyası üçün metodologiya təqdim olunur.

Monoqrafiya “Avtomobillərin texniki istismarının müasir vəziyyəti”, “Avtomobillərin texniki istismarının intellektual nəqliyyat sistemlərinə inteqrasiyasının nəzəri əsasları”, “Avtomobillərin texniki istismarının müasir informasiya sistemlərinə inteqrasiyasının metod və vasitələri”, “Avtomobillərin texniki istismarının intellektual nəqliyyat sistemlərinə inteqrasiyasının praktiki əsasları”, “ITS şəraitində nəqliyyat vasitələrinin xüsusiyyətlərinə dair metodların, məlumatların əldə olunması və işlənilməsi sistemlərinin analizi” bölmələrindən ibarətdir.

Kitab tələbə və magistrantlar, texniki müəssisələrin elmi işçiləri, nəqliyyat vasitələrinin dizaynı və istismarı sahəsində çalışan mütəxəssislər, o cümlədən yol-nəqliyyat infrastrukturu sektorunun əməkdaşları üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: