Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiya Elmlər Akademiyasında elmin ən yaxşı populyarizatorları mükafatlandırılıb
20.02.2020 09:42
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyasında elmin ən yaxşı populyarizatorları mükafatlandırılıb

Rusiya Elmlər Akademiyası (REA) tərəfindən keçirilən müsabiqədə elmin ən yaxşı populyarizatorları mükafatlandırılıb. Belə ki, “Ən yaxşı elmi-kütləvi kitab”, “Elmin populyarlaşdırılması üzrə ən yaxşı jurnalist işi” və “Ən yaxşı elmi-kütləvi video” nominasiyaları üzrə finalçılar məlum olub.

poisknews.ru saytının məlumatına görə, təqdim edilmiş işlərin sayının çox olması müsabiqəyə maraq səviyyəsinin artdığını göstərib. Müsabiqəyə Rusiyanın bütün regionlarından ayrı-ayrı müəlliflər, elmi və maarifləndirici təşkilatlar, maarifçilik mərkəzləri və KİV-dən 86 iş, 82 kitab və 43 videomaterial təqdim olunub. Qaliblər REA-nın elmin populyarlaşdırılması üzrə komissiyaları tərəfindən seçilib.

Müsabiqə laureatlarına diplomları REA-nın prezidenti, akademik Aleksandr Sergeyev təqdim edib.

  • Paylaş: