Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2020 12:20
  • A-
  • A
  • A+

Tələbələr Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər

Tələbələr Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Tələbələr laboratoriyalarda aparılan elmi tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olmaqla yanaşı, aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova BDU-nun tələbələrinin elmi müəssisələrdə istehsalat təcrübəsi keçməsinin elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq baxımından əhəmiyyətini qeyd edib. O, tələbələrə tədqiqat işlərində uğurlar arzulayıb.

İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: