Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları Rusiyada nəşr olunan kataloqda yer alıb
25.02.2020 09:20
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları Rusiyada nəşr olunan kataloqda yer alıb

Rusiya Mədəniyyət Nazirliyi tərəfindən Ümumrusiya Dekorativ Sənətlər Muzeyində “İmperiya i Kavkaz. Orujiye, obmundirovaniye, ratnıye traditsii. XIX – naçalo XX veka” adlı sərgi təşkil olunub. Sərgidə yerli və xarici ölkə muzeylərindən, habelə şəxsi kolleksiyalardan 600-dən çox əşya nümayiş etdirilib.

Bugünlərdə sərginin fotoşəkillərdən ibarət eyniadlı kataloqu nəşr olunub. Kataloqda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından materiallar, həmçinin müəssisənin Silahlar və bayraqlar, Təsviri materiallar fondlarının eksponatlarının fotosurəti də yer alıb. Həmin eksponatlar xanlıqların bayraqları, XIX əsr və XX əsrin əvvəllərinə aid silahlar, rəsm əsərləri və s. ibarətdir.

Kataloqun hazırlanmasında göstərilən elmi dəstəyə görə redaksiya heyəti nəşrdə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: