Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yunanınstanın elmi müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə edilib
08.10.2014 00:00
  • A-
  • A
  • A+

Yunanınstanın elmi müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə edilib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev Yunanınstanda səfərdə olub. Q.Babayev Qərbi Makedoniya əyalətinin Kastoriya Universitetində “Azərbaycanın neft-qaz ehtiyatları və seysmo-geodinamikası” mövzusunda məruzə ilə çıxış edib. İdarə rəisi, həmçinin Kozani şəhərində yerləşən Texniki Universitet, Saloniki şəhərlərindəki Texniki və İqtisadiyyat institutlarının rəhbərləri, müəllim və tələbə heyətləri ilə də rəsmi görüşlər keçirib.

Görüşlərdə əməkdaşlıq imkanları, bu istiqamətdə müvafiq sazişlərin tərtibi, həmçinin, Yunanıstanın elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq edən xarici elmi qurumların təcrübəsindən faydalanma məsələləri müzakirə olunub. Geodinamika, ətraf mühitin təhlili, rəqəmsal media, iqtisadiyyat, neft-qaz ehtiyatlarının öyrənilməsi və s. sahələrdə tədqiqatları inkişaf etdirmək, iki dövlət arasında müəyyən elmi sahələr üzrə beynəlxalq laboratoriya və mərkəzlər yaratmaq imkanları müzakirə olunub.

Səfər oktyabrın 4-də başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: